Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib

Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib
# 15 fevral 2012 17:40 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Litva prezidenti xanım Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb. APA-nın məlumatına görə, təbrik məktubunda deyilir:

"Ölkənizin milli bayramı - Litva dövlətinin bərpası günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Litva münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Çox şadam ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq əlaqələri bu gün dinamik inkişaf yoluna qədəm qoyaraq yeni məzmun kəsb etməkdədir.

Münasibətlərimizin istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində inkişafı istiqamətində atdığımız addımlar əməkdaşlığımızın dərinləşməsi üçün yeni perspektivlər açır. Ümidvaram ki, bu perspektivlərin gerçəkləşməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik".

İlham Əliyev Dalya Qribauskayteyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Litva xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR