Azərbaycanda mərkəzləşdirilmiş kredit portfeli 9% artıb

Azərbaycanda mərkəzləşdirilmiş kredit portfeli 9% artıb
# 13 fevral 2012 08:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkədə fəaliyyət göstərən kommersiya banklarına verilən mərkəzləşdirilmiş kreditlərin portfeli 2012-ci il yanvarın 1-nə 2,033 mlrd. manat təşkil edib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, dekabr ayında mərkəzləşdirilmiş kreditlərin portfelində 36,2 mln. manatlıq və ya 1,8%-lik azalma baş verib.




Beləliklə, mərkəzləşdirilmiş kreditlərin əsas artımı Azərbaycanın bank sektorunda böhran ili hesab olunan 2009-cu ildə müşahidə olunub. Bu, tam izah olunandır, çünki həmin dövrdə bank sistemində likvidliyin aşağı düşməsi və xarici öhdəliklərin yerinə yetirilməsi üçün vəsaitlərin çatışmazlığı müşahidə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR