Avropa Birliyi Azərbaycanın 16 qeyri-hökumət təşkilatına 2,7 milyon manat ayırıb

Avropa Birliyi Azərbaycanın 16 qeyri-hökumət təşkilatına 2,7 milyon manat ayırıb
# 08 fevral 2012 07:45 (UTC +04:00)
APA-nın xəbərinə görə, inkişafdan qalan xəstə və görmə qabiliyyətini itirmiş uşaqlar üçün, eləcə də ətraf mühitin mühafizəsi, vətəndaş hüquqlarının və KİV-in inkişafına aid bu layihələrin maliyyələşdirilməsi üçün Avropa Birliyi ümumilikdə 2,7 milyon manat vəsait ayıracaq.

AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia çıxışında bildirib ki, bu layihələr təkcə paytaxtda yox, bölgələrdə də reallaşdırılacaq. O, ötən illər ərzində AB-nin Azərbaycanda insan hüquqları ilə bağlı layihələrə təxminən 5 milyon manat ayırdığını xatırladıb: “Hesab edirəm ki, bu, vətəndaş cəmiyyətinin ölkə həyatındakı vacib roluna dair Avropa Birliyi tərəfindən verilmiş konkret siqnaldır. Bizim hökumətlə möhkəm əməkdaşlığımız var, lakin biz QHT sektoru ilə də birbaşa əlaqədə və bu əlaqələrin inkişafında maraqlıyıq. Azərbaycanda QHT-lərin inkişafı üçün potensial var və ölkədə onların rolunu, əhəmiyyətini yüksəltmək çox önəmlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR