Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı 380 manata çatıb

Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı 380 manata çatıb
# 08 iyun 2012 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayında Azərbaycanda müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1 378,9 min nəfər olub və onların 854,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 524,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, muzdla işləyənlərin 24,3%-i təhsildə, 19,6%-i ticarətdə, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4%-i sənayedə, 9,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,5%-i tikintidə, 4,9%-i nəqliyyat və anbar təsərrüfatında, 3,4%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,9%-i informasiya və rabitə sahəsində və 14,4%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.

«Hesabat ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 379,9 manat təşkil edib, yanvar-aprel aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,4% artaraq 379,1 manat olub. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, tikintidə, peşə, elmi və texniki fəaliyyət sahəsində orta aylıq əmək haqqı daha yüksək olub», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR