BTC kəməri ilə Türkmənistan neftinin nəqli apreldə 35% azalıb

BTC kəməri ilə Türkmənistan neftinin nəqli apreldə 35% azalıb
# 10 may 2012 14:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin aprel ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 312 867 ton Azərbaycan nefti nəql olunub ki, bu da əvvəlki aya nisbətən 14,3% azdır.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında bu kəmərlə 10 240 466 ton neft ötürülüb. Bu isə ötən ilin ilk dörd ayı ilə müqayisədə 10,5% azdır. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2012-ci il aprel ayının 1-dək BTC-yə 186 021 108 ton neft vurulub.

Bundan başqa, cari ilin mart ayında BTC kəməri ilə 207 190 ton Türkmənistan nefti nəql olunub ki, bu göstərici əvvəlki aya nisbətən 34,8% azalıb.

Qeyd edək ki, hazırda BTC-nin gündəlik ötürmə gücü 1,2 mln. bareldir. BTC-nin səhmdarları sırasına «BP Azerbaijan» (30,1%), AzBTC (25%), «Chevron» (8,9%), «Statoil» (8,71%), TPAO (6,53%), ENI (5%), «Total» (5%), «Itochu» (3,4%), Inpex (2,5%), «ConocoPhillips» (2,5%) və «Hess» (2,36%) şirkətləri daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR