Gürcüstanda səslərin 1/4-i sayılıb

Gürcüstanda səslərin 1/4-i sayılıb
# 02 oktyabr 2012 10:19 (UTC +04:00)
APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, proporsional sistem üzrə bülletenlərin 24,22%-i (3766 seçki məntəqəsindən 908-nin nəticələri) hesablandıqdan sonra Bidzina İvanişvilinin “Gürcü Arzusu” blokunun 53,02%, hakimiyyətdəki Vahid Milli Hərəkat Partiyasının isə 41,75% səs topladığı açıqlanıb. Digər partiyalar proporsional sistem üzrə parlamentdə təmsil olunmaq üçün tələb olunan 5%-lik minimum baryeri keçə bilməyiblər.

İlkin məlumatlara əsasən 73 majoritar dairənin 30-da “Gürcü Arzusu”nun, 27-də isə Vahid Milli Hərəkatın namizədləri öndə gedir. 16 dairənin məlumatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, yeni parlamentdə 77 millət vəkili proporsional, 73 millət vəkili isə majoritar sistem əsasında mandat alacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR