® “Zəfəran” apteklər şəbəkəsi ailəvi istirahətə dəvət edir - FOTO

<font color=red>® </font>“Zəfəran” apteklər şəbəkəsi ailəvi istirahətə dəvət edir - <font color=red>FOTO </font>
# 03 may 2012 09:00 (UTC +04:00)
Şəbəkədən “APA-Economics”ə verilən məlumata görə, mayın 12-də Beynəlxalq Ailə Günü ərəfəsində Mərkəzi Nəbatat bağında ailəvi istirahət təşkil ediləcək. Tədbirdə gənc ailələr və onların 3-6 yaşındakı uşaqları iştirak edəcək.

Bayram gəzintisinə qoşulmaq üçün “Sizin ailənizdə ən yadda qalan hadisə barədə hekayə” adlı müsabiqədə iştirak etmək lazımdır. Müsabiqənin nəticələrinə əsasən ailəvi istirahətə dəvət olunan 20-dək ailə seçilə bilər. Sifarişlərin qəbulu mayın 9-da bitəcək.

Müsabiqənin şərtlərinə əsasən bütün arzu edənlər öz ailələri barədə məlumatı və bir neçə fotoşəkilləri [email protected] elektron poçtuna göndərə bilərlər.

Ətraflı məlumatı *8811 Qaynar xətt nömrəsinə zəng etməklə və ya http://www.facebook.com/zeferanaptek və http://www.facebook.com/events/343438219054264/ saytına keçməklə öyrənmək olar.

Müsabiqədən keçmiş ailələr qarşıdakı səfər barədə tam məlumat alacaq və təşkilatçılar tərəfindən bütün lazımi vəsaitlərlə təmin olunacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR