Elmar Məmmədyarov belçikalı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov belçikalı həmkarı ilə görüşüb
# 10 fevral 2012 19:35 (UTC +04:00)
Bakı-APA. Brüsseldə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının xarici işlər naziri Didier Reynders ilə rəsmi görüşü keçirilib. Bu barədə APA Azərbaycan XİN mətbuat xidmətinə istinadən məlumat verir. Görüşdə Azərbaycan və Belçika arasında ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanlarının mövcudluğu, Azərbaycanın regiondakı beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rolu və Avropanın etibarlı tərəfdaşı olduğu, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, regional və beynəlxalq məsələlər, Əfqanıstandakı vəziyyət, iki ölkə arasında diplomatik və xidməti pasportlara malik şəxslərə münasibətdə vizasız rejimin tətbiq olunması və digər məsələlər müzakirə olunub.
Hər iki tərəf ölkələr arasındakı münasibətlərin inkişafından məmnunluq ifadə edib və bu münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini qeyd ediblər. Nazir E.Məmmədyarov görüşün sonunda belçikalı həmkarını uyğun vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib. Nazir D.Reynders dəvət üçün təşəkkür edib və yaxın zamanlarda Azərbaycana səfərinin baş tutacağına ümid etdiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR