MDB Hökumət Başçıları Şurasının növbəti iclası Yaltada keçiriləcək

MDB Hökumət Başçıları Şurasının növbəti iclası Yaltada keçiriləcək
# 31 may 2012 09:38 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. MDB ölkələri Hökumət Başçıları Şurasının növbəti iclası bu ilin sentyabr ayında Yaltada keçiriləcək.

APA-Economics”in www.turkmenistan.ru saytına istinadən xəbərinə görə, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Şuranın mayın 30-da Aşqabadda keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, Ukraynanın təklifi ilə MDB ölkələri Hökumət Başçıları Şurasının növbəti iclasının bu ilin sentyabr ayında Yaltada keçirilməsi qərara alınıb: “Dəqiq tarix diplomatik kanallarla razılaşdırılacaq”.

S.Lebedev qeyd edib ki, MDB ölkələrinin hökumət başçıları Özbəkistanın “Azad ticarət zonası haqqında” 18 oktyabr 2011-ci il tarixli sazişə qoşulması ilə bağlı danışıqları davam etdirməyi və növbəti iclasa qədər yekunlaşdırmağı da qərara alıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR