Gəncə sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb

Gəncə sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb
# 23 iyun 2012 09:18 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Gəncə sakini narkotik vasitə satarkən tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istindən məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində, əvvəllər məhkum olunmuş, şəhər sakini Maarif Hüseynov 2 kiloqram 655 qram marixuananı satarkən tutulub.

Onun evinə baxış zamanı 14 kiloqram 289 qram marixuana aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR