İran İngiltərə və Fransaya xam neft ixracını dayandırıb

İran İngiltərə və Fransaya xam neft ixracını dayandırıb
# 19 fevral 2012 22:43 (UTC +04:00)
Onların məlumatına görə, artıq Fransa və İngiltərənin neft şirkətlərinə xam neft və neft məhsulları satılmayacaq.

İran rəsmi qurumları ölkələrinin neft satmaq üçün müştəri axtarışında olmadıqlarını bildirərək, bundan sonra İngiltərə və Fransanın əvəzinə başqa ölkələrinə xam neft satılacağını deyib.

Qeyd edək ki, bir neçə gün öncə Fransa, Hollandiya, İtalya, İspaniya, Yunanıstan və Portuqaliyanın Tehrandakı səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılaraq, Avropa Birliyinin İrandan neft almasını qadağan etməklə bağlı qəbul etdiyi qərarına bir daha baxmasını istəmişdi.
Qeyd edək ki, Avropa Birliyi İrana sərmayə qoyulmasına sanksiya tətbiq etdiyi sahələr siyahısına neft sənayesini də daxil etmiş və bu il 1 iyuldan etibarən bu ölkədən xam neft ixracını dayandıracağını bildirmişdi.

Bununla yanaşı, Avropanın da İrana sanksiyaları davam edir. SWIFT (Beynəlxalq Bank və Maliyyə Telekommunikasiyası Vasitələri Cəmiyyəti) bəyanat yayaraq, İrana tətbiq olunmuş sanksiyalara qoşulacağını açıqlayıb. Sənəddə təşkilat İrana xidmət göstərməkdən imtina etməyə, bu ölkənin bütün bank və maliyyə şirkətləri ilə əməkdaşlığını kəsməyə hazır olduğunu bildirib: “Biz qanuni yollarla ABŞ və Avropa ölkələrinin bununla bağlı narahatlığını azaltmağa çalışacağıq. Təşkilatımız Avropa Birliyinin qanunlarını əsas tutaraq belə bir addım atmaq niyyətindədir”.
Qeyd edək ki, SWIFT banklara şifrələr verir və həmin şifrələr vasitəsilə banklar bir-biri ilə əlaqəyə girir. Təşkilatın İranla əlaqələri kəsəcəyi təqdirdə bu ölkədə xarici ticarətin böhranla üzləşəcəyi ehtimal edilir. Çünki İranda xarici ticarətdə, xüsusilə neft ixracında maliyyə əməliyyatları bu sistem vasitəsilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR