İrandan Azərbaycana gizli yolla narkotik maddə gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana gizli yolla narkotik maddə gətirilməsinin qarşısı alınıb
# 25 oktyabr 2012 08:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Gömrükçülər İrandan Azərbaycana gizli yolla narkotik maddənin gətirilməsinin qarşısını alıblar. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hadisə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda baş verib. İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Mais Musayevin üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından 1 ədəd bükümdə, xalis çəkisi 38,491 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR