Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişindaşımaların həcmi artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişindaşımaların həcmi artıb
# 24 iyul 2012 11:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 55,9 mln. ton yük və 659,3 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi 7,5%, sərnişindaşımaların həcmi isə 8,9% artıb.

«Sərnişinlərin 96,4%-i avtobus, 3,6%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, hesabat dövründə yük dövriyyəsi 7,6%, sərnişin dövriyyəsi isə 9,9% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR