Moskvada vəhşicəsinə qətlə yetirilən azərbaycanlı din xadiminin dəfn mərasimini Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddin idarə edəcək

Moskvada vəhşicəsinə qətlə yetirilən azərbaycanlı din xadiminin dəfn mərasimini Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddin idarə edəcək
# 12 aprel 2012 10:08 (UTC +04:00)
APA-nın Moskva bürosunun məlumatına görə, bu ayın 10-da bir qrup şəxs tərəfindən vəhşicəsinə qətlə yetirilən Mətin Mehdiyev Moskvanın “Kuzminskiy” qəbiristanlığında dəfn olunacaq. Mərhumun dəfn mərasimini Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddin idarə edəcək.

Mərhumun cənazə namazı Sülh prospektində yerləşən məsciddə qılınacaq.

Qeyd edək ki, M. Mehdiyev aprelin 10-da gecə 02:00 radələrində Moskvanın “Vtoroya Bretskaya” 43 ünvanında yaşadığı evin giriş qapısında naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR