Azərbaycanın Zərdab rayonunda 46 müəllim işdən çıxarılıb
07 fevral 2012 12:33 (UTC +04:00)
Zərdab. Zahid Abışov-APA. Azərbaycanın Zərdab rayonunda 46 müəllim işdən çıxarılıb. Bu barədə APA-nın yerli bürosuna Zərdab Rayon Təhsil Şöbəsindən bildirilib.
Məlumata görə, işdən çıxarılan müəllimlərin hamısı məktəbdənkənar təhsil müəssisələrinin işçiləridir. Müəllimlərin işdən çıxarılmasının səbəblərinə gəldikdə isə bildirilib ki, Maliyyə Nazirliyinin aktı əsasında rayonda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin 60 faizi bağlanıb. Bunun nəticəsində də 46 nəfər müəllim iş yerini itirib. Onların əksəriyyəti idman müəllimləridir.

Sosial
FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi keçirilib - VİDEO
11:15
3 may 2024
DYP “Təmiz hava” aylığı ilə bağlı müraciət edib
10:53
3 may 2024
Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib
10:25
3 may 2024
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:15
3 may 2024