“Junior Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün hazırlıqlara başlanıb - FOTOSESSİYA

“Junior Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün hazırlıqlara başlanıb - <font color=red>FOTOSESSİYA</font>
# 02 oktyabr 2012 08:00 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Junior Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçiminə başlanılıb. “Eurovision” mahnı müsabiqəsi üzrə Azərbaycanın nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova APA-ya bildirib ki, “Junior Eurovision”da ölkəmizi təmsil etmək üçün 31 azyaşlı istedad müraciət edib. İlkin mərhələdə 12-dən 5-i milli finala vəsiqə qazanıb. Təmsilçimizin seçimi Faiq Sücəddinov, Lalə Kazımova, Vüqar Camalzadə və Hüsniyyə Məhərrəmovanın təmsil olunduğu münsiflər heyəti tərəfindən aparılır.

Finala vəsiqə qazanan beşlikdə - Nərmin Həsənova, Ömər Sultanov, Qəmərtac Maqsudova, Suada Ələkbərova, Toğrul Kərimov var.

H.Məhərrəmova deyib ki, ilk dəfə olaraq Azərbaycanın qatılacağı “Junior Eurovision”un bu il 10 iliyidir: “Uşaqlarla işləmək tamamilə fərqlidir, özü bir yenilikdir. Müraciət edənlər arasında Kanada, Türkiyə, xaricdə yaşayan azərbaycanlılar da olmuşdu. Amma biz səs imkanları, səhnə geyimləri, rəqs bacarıqları ilə yanaşı, eyni zamanda repertuarı zövqlərinə nəzər yetirmişik. Müsabiqənin şərtlərinə görə maksimum 14 yaşa qədər təmsilçi ola bilər və biz o çərçivədən kənara çıxmamışıq”. H.Məhhərəmova onu da deyib ki, final mərhələsi daha açıq və tamaşaçıların gözü qarşısında keçiriləcək. Əsas münsiflərin rəyi ilə, lakin tamaşaçıların da rəyi seçimlərdə nəzərə alınacaq. Nümayəndə heyətinin rəhbəri əlavə edib ki, “Junior Eurovision” üçün artıq 30-dan çox mahnı təqdim edilib və onların arasından bir neçəsi seçilib. Seçilən mahnılar arasında həm lirik, həm də ritmik olanları var. Final yarışmasına hazırlaşan həmin 5 nəfər müxtəlif dildə və üslubda mahnılarla münsiflər heyəti qarşısında çıxış edəcəklər.

Qeyd edək ki, builki müsabiqədə 12 ölkə təmsilçisi iştirak edəcək. “Junior Eurovision 2012” dekabrın 1-də Amsterdamda keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR