Daxili İşlər Nazirliyi Beyləqanda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Beyləqanda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb
# 22 oktyabr 2012 09:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi Beyləqanda törədilən ağır qətl hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 21-də Beyləqan rayon sakini polisə zəng edərək, qəsəbə ərazisində 4-5 nəfər arasında mübahisə olması, onlardan birinin atəş açaraq digərini yaraladıqdan sonra «VAZ-2106» və 2 ədəd «Niva» markalı avtomaşınlarda getmələri barədə məlumat verib.

Araşdırmalar zamanı müəyyən edilib ki, Beyləqan şəhər sakini Ruhi Mahmudov, Mahir Əliyev, Mahir Hüseynov, Vasif Əsədov və Natiq Muradxanovun qəsəbə ərazisində ov edərkən, oraya Beyləqan rayon Ovçular Cəmiyyətinin sədri Allahyar Süleymanov, onunla birgə olan Ruslan Alxanov və Əbülfət Cəfərov gəliblər. E.Süleymanov onlardan tüfənglərini təhvil verməyi tələb edib. Tələb yerinə yetirilmədiyindən A.Süleymanov tüfəngi dartıb almağa cəhd göstərərkən atəş açılıb. Nəticədə A.Süleymanov aldığı xəsarətdən ölüb, R.Alxanov və Ə.Cəfərov isə xəsarət alıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR