AGBI indeksi 1,1930, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,1930, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 02 iyul 2012 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,1929 bənd və ya 19,3% artaraq iyul ayının 2-nə 1,1930 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

AGBI indeksinin artması bazar kapitallaşmasının artması ilə bağlı olub. Belə ki, iyunun 29-da dövlət istiqrazlarının iki buraxılışı yerləşdirilib. Yerləşdirmənin məcmu həcmi 22 mln. manata bərabər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR