Azərbaycanın cari transfertlər üzrə müsbət saldosu 3,7 dəfə azalıb

Azərbaycanın cari transfertlər üzrə müsbət saldosu 3,7 dəfə azalıb
# 18 iyun 2012 11:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 2012-ci il ilin I rübü ərzində 819,3 mln. dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu məbləğin 428,7 mln. dollarını və ya 52,3%-ni ölkəyə daxilolmalar, 390,6 mln. manatı və ya 47,7%-ni isə ölkədən transferlər təşkil edir.

Cari transfertlər üzrə ümumi daxilolmaların 93,6%-ni xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratları, 1,8%-ni ölkəyə gətirilən humanitar malları, 4,6%-ni isə digər daxilolmalar təşkil edir. Bütövlükdə cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 38,0 mln. dollar təşkil edib ki, bu da ötən ilin I rübünə nisbətən 3,7 dəfə azdır.

Qeyd edək ki, ölkəyə transfertlərin həcmi 11,2%, ölkədən transfertlər isə 60,1% artıb. Göründüyü kimi, ölkədən transfertlərin həcminin artım tempi ölkəyə daxilolmaların göstəricisini dəfələrlə üstələyir. Nəticədə əgər ötən ilin I rübün yekununda ölkəyə daxilolmalar ölkədən daxilolmaları 58% üstələyibsə, bu ilin I rübün yekununda həmin göstərici cəmi 9,8%-ə bərabərdir. Beləliklə, ölkədən daxilolmaların həcmi ölkəyə daxilolmaların həcminə tədricən bərabərləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR