Əli Həsənov: “Azərbaycanlıların qanı üzərindən Ermənistanda hakimiyyətə gəlmiş Serj Sərkisyan rejimi heç vaxt münaqişənin həllinə getməyəcək”

Əli Həsənov: “Azərbaycanlıların qanı üzərindən Ermənistanda hakimiyyətə gəlmiş Serj Sərkisyan rejimi heç vaxt münaqişənin həllinə getməyəcək”
# 18 iyun 2012 09:11 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Neçə ki Ermənistanda azərbaycanlıların qanı üzərindən hakimiyyətə gəlmiş Serj Sərkisyan rejimi var, onlar heç vaxt münaqişənin həllinə getməyəcəklər”. APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

Ə. Həsənov deyib ki, münaqişənin həlli ilə bağlı Rusiya mövqeyini ortaya qoymalıdır: “Münaqişənin həllinin açarı Rusiyanın əlindədir. Bunu ulu öndər Heydər Əliyev də demişdi. Həmçinin ATƏT-in Minsk qrupunun üzvü olan digər dövlətlər də Rusiyaya qoşulmalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR