İlin sonuna qədər Azərbaycanda lotereya biletlərini internetlə də almaq mümkün olacaq

İlin sonuna qədər Azərbaycanda lotereya biletlərini internetlə də almaq mümkün olacaq
# 16 oktyabr 2012 15:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Azərlotereya» ASC tərəfindən təşkil edilən lotereya oyunlarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə artıq lotereya biletlərinin internet vasitəsilə satışının təşkilinə dair işlərin əksər hissəsi başa çatıb və bu ilin sonuna qədər lotereya biletlərini internet vasitəsilə əldə etmək mümkün olacaq.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, hazırda lotereya biletlərinin SMS vasitəsilə alınmasına dair layihə üzərində iş aparılır.

Bakıda lotereya biletlərinin elektron satışının genişləndirilməsi və lotereya həvəskarlarının tələbatının tam ödənilməsi məqsədilə lotereya biletlərinin elektron satış terminallarının sayının artırılması da nəzərdə tutulur və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.

Bundan başqa, sentyabr ayından yeni «Klassik Loto» oyununa başlanılıb. Beləliklə, artıq lotereya oyunları («Binqo», «Uğur», «5/36», «6/40» və «Klassik Loto») canlı olaraq həftədə 6 gün olmaqla telekanallarda yayımlanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR