Azərbaycanın Zaqatala rayonunda itkin düşən məktəblilər tapılaraq ailəsinə təhvil verilib

Azərbaycanın Zaqatala rayonunda itkin düşən məktəblilər tapılaraq ailəsinə təhvil verilib
# 18 fevral 2012 10:07 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın Zaqatala rayonunda itkin düşən məktəblilər tapılaraq ailəsinə təhvil verilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib. Zaqatala RPŞ-nin axtarış-əməliyyat qrupunun keçirdiyi xüsusi axtarış əməliyyat tədbiri nəticəsində itkin düşən məktəblilər, 1995-ci il təvəllüdlü Orxan Məcid oğlu Buttayev və 1997-ci il təvəllüdlü Rəşid Sabir oğlu Gilanov bu gün səhər saatlarında Şəki rayonu ərazisində tapılıb. Hər iki məktəbli rayona gətirilərək ailəsinə təhvil edilib. Məktəblilərin evdən hansı səbəbdən gizli çıxıb getməsi araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, Zaqatala rayonunun Aşağı Tala kənd sakinləri, 5 saylı orta məktəbin 9-cu sinif şagirdləri Orxan Məcid oğlu Buttayev və Rəşid Sabir oğlu Gilanov fevralın 15-dən evdən gedib və geri qayıtmayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR