Fransanın xarici işlər naziri: “İranın “altılıq”la müzakirələri üçün ilk addımı Tehran atmalıdır”

Fransanın xarici işlər naziri: “İranın “altılıq”la müzakirələri üçün ilk addımı Tehran atmalıdır”
# 07 aprel 2012 08:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranla “altılıq” arasında aprelin 13-14-də keçirilməsi planlaşdırılan müzakirələr üçün ilk addımı rəsmi Tehran atmalıdır”. APA-nın məlumatına görə, bunu Fransanın xarici işlər naziri Alan Jüpe “The Wall Street Journal” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, birtərəfli müzakirələrin aparılmasının tərəfdarı deyil: “Fransa İranın nüvə proqramı ətrafında yaranmış problemin həll olunması üçün mövqeyindən əl çəkməyəcək. İranın niyyəti yaxşı olacağı təqdirdə, bu ölkə ilə gerçək əməkdaşlığa gedəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR