Baş Prokurorluq saxta sənədlərlə kredit rəsmiləşdirən vəzifəli şəxsləri ifşa edib

Baş Prokurorluq saxta sənədlərlə kredit rəsmiləşdirən vəzifəli şəxsləri ifşa edib
# 16 oktyabr 2012 13:37 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müəyyən edilib ki, qeyd edilən cəmiyyətlərin vəzifəli şəxsləri 2010-cu ilin sentyabr ayında 2 nəfər Astara sakininin hər birinə müraciətləri əsasında 3 min manat məbləğində istehlak krediti vermələrinə baxmayaraq, sonradan vətəndaşlardan xəbərsiz kredit üçün girov qismində təqdim olunmuş ev və torpaq sahələrinin sənədlərindən istifadə etməklə onların adına saxta yolla 59 min manat məbləğində kredit rəsmiləşdiriblər. “İcraçı Kredit Agentliyi” MMC Bank olmayan Kredit Təşkilatı və “Astara Kredit İttifaqı” MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR