Hacıqabulda motosiklet yük maşınının altında qalıb, ölənlər var - FOTOSESSİYA

Hacıqabulda motosiklet yük maşınının altında qalıb, ölənlər var - <font color=red>FOTOSESSİYA</font>
# 09 aprel 2012 13:55 (UTC +04:00)
Hacıqabul Rayon Polis Şöbəsinin müstəntiqi Səfiyar Əliyevin APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Hacıqabul rayonunun mərkəzində qeydə alınıb. Şirvan şəhər sakini Məmmədov Elvin Tofiq oğlunun idarə etdiyi 18 BD 335 dövlət nömrə nişanlı sement qarışdıran “KamAZ” markalı avtomobilin qarşısına çıxan motosiklet manevr edərkən hərəkət istiqamətini itirib. Nəticədə motosikletdə olan, rayon sakinləri - 1975-ci il təvəllüdlü sürücü Nəsirov Nemət Həsən oğlu və 1976-cı il təvəllüdlü sərnişin Qurbanov Rövşən Rafiq oğlu avtomobilin təkərləri altına düşərək faciəli şəkildə ölüblər.

Onların balıq ovuna getdikləri bildirilib. Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR