Bakıda fəhlə iş yerində intihar edib

Bakıda fəhlə iş yerində intihar edib
# 17 oktyabr 2012 07:18 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir şəxs intihar edib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Binəqədi rayonu Fatmayı bağlar massivində qeydə alınıb. İsgəndər Nəsibova məxsus bağ evində fəhlə işləyən, 23 yaşlı Cavid Firudin oğlu Xəlilov iş yerində özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR