TQDK orta məktəblərdə buraxılış imtahanı keçiriləcək fənlərin sayının artacağı barədə məlumatları təkzib edib

TQDK orta məktəblərdə buraxılış imtahanı keçiriləcək fənlərin sayının artacağı barədə məlumatları təkzib edib
# 12 oktyabr 2012 12:55 (UTC +04:00)
Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, son günlər bəzi KİV tərəfindən buraxılış imtahanı keçiriləcək fənnlərin sayının artırılacağı ilə bağlı yanlış məlumatlar yayılıb: “Belə ki, Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 30) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə Konsepsiyası"nın 2.3-cü bəndində edilmiş dəyişiklikləri bəzi KİV düzgün şərh etməyib. Odur ki, bu məlumatların heç bir əsası yoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR