MDU-nun rektoru: “Rusiya-Azərbaycan münasibətlərinin ən yüksək zirvəsi Moskva Dövlət Universitetinin Bakı filialının yaradılmasıdır” - FOTO
07 aprel 2012 08:20 (UTC +04:00)
Moskva. Fərid Əkbərov - APA. “Rusiya-Azərbaycan münasibətlərinin ən yüksək zirvəsi Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaradılmasıdır”. APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Moskva Dövlət Universitetinin (MDU) rektoru Viktor Sadovniçi deyib.
Onun sözlərinə görə, Bakı filialı MDU üçün bir mirvaridir: “Bizim çox filialımız var, amma Bakı filialı ruhən sakitlik və məmnunluq verir. Ona görə də, onlara münasibət çox yaxşıdır. Orada bizim gələcək elm adamlarımız hazırlanır. Mən Bakıda keçirilən humanitar forumda olanda hiss elədim ki, biz bir-birimizə çox lazımıq. Biz qonşuyuq, biz bir yerdə olmalı, bir-birimizi sevməli və hörmət etməliyik. Mənim çoxlu azərbaycanlı tələbəm və dissertantım olub, indi də var. Bizim heç vaxt elə düşüncəmiz olmayıb ki, biz ayrı insanlarıq. Bəli, biz indi iki ayrı müstəqil ölkənin vətəndaşlarıyıq. Lakin biz dostluğumuzu qoruyub saxlaya bilmişik. Diplomatik münasibətlərin qurulmasının 20 ili tamam olur. Amma bu, hələ bütün tarix demək deyil. Fikrimcə, bu tarix hələ on illərlə, yüz illərlə, min illərlə davam edəcək”.

Sosial
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib
17:48
21 may 2024
İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib
17:29
21 may 2024
Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı yenilənib
17:27
21 may 2024
Gəncədə mülki müdafiə məşqi keçirilib
17:00
21 may 2024