«Azərsu» Puta qəsəbəsinin içməli su ilə təchiz edilməsi məqsədilə yeni layihə həyata keçirir

«Azərsu» Puta qəsəbəsinin içməli su ilə təchiz edilməsi məqsədilə yeni layihə həyata keçirir
# 07 sentyabr 2012 14:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərsu» ASC Bakı şəhəri Qaradağ rayonunun Puta qəsəbəsində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi məqsədilə yeni layihə həyata keçirir.

«Azərsu»nun mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, layihəyə uyğun olaraq müxtəlif diametrli ümumi uzunluğu 1000 metrdən çox olan polietilen borular vasitəsilə yeni su xətləri çəkilir, siyirtmələr quraşdırılır. Layihə başa çatdıqdan sonra qəsəbədə 563 abonent (528 əhali, 35-i qeyri-əhali olmaqla) fasiləsiz içməli su ilə təmin olunacaq.

Qeyd edək ki, layihənin icrasına avqust ayında başlanılıb və sentyabrın sonlarına qədər başa çatdırılması nəzərdə tutulub.

Xatırladaq ki, ötən il Qaradağ rayonunun Lökbatan, Sahil və Korgöz qəsəbələrinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihələr həyata keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR