Dow Jones indeksi 1,3%, S&P 500 1,4%, Nasdaq 1,2% enib

Dow Jones indeksi 1,3%, S&P 500 1,4%, Nasdaq 1,2% enib
# 31 may 2012 06:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Mayın 30-da Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 12 420 bəndədək, S&P 500 1,4% - 1 313 bəndədək, Nasdaq isə 1,2% - 2 837 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına bir sıra daxili və xarici amillər təsir edib. O cümlədən, məlum olub ki, mənzillərin təkrar bazarında əqdlər indeksi aprel ayında 5,5% enib, Avrozona iqtisadiyyatına istehlakçılar və sahibkarlar arasında etibarlıq indeksi may ayında 2,3 bənd enib, İtaliyada dövlət istiqrazlarının gəlirliyi artıb. Bu xəbərlər fond bazarlarına mənfi təsir göstərib.

Avropa fond bazarlarında mayın 30-da FTSE 100 indeksi 1,7% - 5 297 bəndədək, Almaniya DAX-ı 1,8% - 6 281 bəndədək, Fransa CAC-40-ı 2,2% - 3 016 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 561,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2376 (-0,7%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR