ABŞ-ın nüfuzlu enerji dərgisində TANAP layihəsi ilə bağlı məqalə dərc edilib

ABŞ-ın nüfuzlu enerji dərgisində TANAP layihəsi ilə bağlı məqalə dərc edilib
# 22 oktyabr 2012 23:51 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Texas ştatına səfəri zamanı Hyustonda mətbuat orqanlarının enerji məsələləri üzrə ixtisaslaşan nümayəndələri ilə görüş keçirib. Aparılmış fikir mübadiləsinin nəticəsi olaraq, ABŞ-ın nüfuzlu analitik enerji dərgisi hesab edilən E&E dərgisində Azərbaycanın iştirakçısı olduğu enerji layihələri ilə bağlı məqalə dərc edilib. Bu barədə APA Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumat verir.
Məqalədə Avrasiyanın əsas qaz kəməri layihəsi adlandırılan TANAP layihəsinin reallaşması üçün ABŞ tərəfindən siyasi liderliyin nümayiş etdirilməsinin zəruri olduğu bildirilir.
Müəllif diplomatın sözlərinə istinadən, Şimal Buzlu okeanından Hind okeanına qədər Avrasiyanın şərqində olan enerji resurslarının Qərbi Avropaya nəqli üçün ən təhlükəsiz yolun Azərbaycandan keçdiyini qeyd edir.
Məlumat üçün bildirək ki, 1998-ci ildən fəaliyyətə başlayan E&E dərgisinin redaksiya heyəti 52 peşəkar və ABŞ-ın enerji və ətraf mühit üzrə məşğul olan rəsmilərinə, eləcə də nüfuzlu şəxslərə birbaşa çıxışı olan jurnalistlərdən ibarətdir.
Sözügedən məqalə ilə aşağıdakı linkdə daha ətraflı tanış olmaq olar:
http://eenews.net/public/energywire/2012/10/10/6
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR