Kofi Annan İranda səfərdədir

Kofi Annan İranda səfərdədir
# 09 iyul 2012 22:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. BMT və Ərəb Birliyinin Suriya üzrə xüsusi təmsilçisi Kofi Annan İranda səfərdədir. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi xəbər yayıb. Məlumatda bildirilir ki, K. Annan iyulun 9-da axşam saatlarında Tehrana gəlib: “Səfər çərçivəsində K. Annan İran xarici işlər naziri Əli Əkbər Salehi və digər ölkə rəsmiləri ilə görüşəcək. Görüşdə başda Suriya böhranı olmaqla bölgədə cərəyan edən digər məsələlər haqda fikir mübadiləsi aparılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR