Azərbaycanda avtomobil elektrovozla toqquşub, ölən və xəsarət alanlar var

Azərbaycanda avtomobil elektrovozla toqquşub, ölən və xəsarət alanlar var
# 06 aprel 2012 09:41 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda dəmir yolunun Binə-Qala mənzilinin 31-ci kilometrliyində qorunmayan keçiddə qəza hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istindən verdiyi məlumata görə, hadisə aprelin 6-da saat 00.45 radələrində qeydə alınıb. Qorunmayan keçiddə "VAZ-2121" markalı avtomaşınla elektrovoz toqquşub. Nəticədə, avtomaşında olan sərnişinlərdən Arzuman Usubov hadisə yerində dünyasını dəyişib. Xəsarət almış Fərid Əhmədov, Aynurə Nəsibova, Nəzakət Dadaşova isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR