Elektron Hökumət portalına daha 243 elektron xidmət daxil ediləcək

Elektron Hökumət portalına daha 243 elektron xidmət daxil ediləcək
# 05 oktyabr 2012 08:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Nazirlər Kabinetinin təsdiqlədiyi «Elektron xidmət növlərinin Siyahısı»na uyğun olaraq, 44 dövlət qurumu tərəfindən 282 elektron xidmət göstərilməsi nəzərdə tutulub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, qurumların rəsmi saytlarında ümumilikdə 395 elektron xidmət təqdim olunduğu halda, Elektron Hökumət portalına (e-gov) onlardan yalnız 152-si qoşulub, 243 elektron xidmət isə hələlik «e-gov»a daxil edilməyib.

Sözügedən siyahıda yer almış bütün elektron xidmətlərin «e-gov»a inteqrasiya olunub, tam gücü ilə fəaliyyət göstərməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) müvafiq texniki mühit yaradılıb və bunun üçün bütün lazımi infrastruktur var. Bu gün «Elektron hökumət» portalının fəaliyyəti yalnız təqdim edilən ümumi xidmətlərin konkret sayı ilə məhdudlaşmır. Belə ki, «e-gov» mərkəzi icra hakimiyyəti orqanları, həmçinin yerli özünüidarəetmə orqanlarının və informasiya sistemlərində fərdi məlumatlar formalaşdıran özəl sahələr tərəfindən müvafiq sahələr üzrə göstərilməsi nəzərdə tutulan elektron xidmətlərin sayından daha çox, hətta bir neçə min elektron xidmətin fəaliyyətinin təmin edilməsi üçün yetərli infrastruktura malikdir.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlərin təşkili hər bir xidmət üzrə hazırlanan inzibati reqlamentə uyğun həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR