ADA-da yeni kitabın təqdimatı keçirilib

ADA-da yeni kitabın təqdimatı keçirilib
# 16 fevral 2012 16:17 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycan Diplomatik Akademiyasının Kitab Mərkəzində Brenda Şaffer və Taleh Ziyadovun “Beyond The Resourse Curse” adlı kitabının təqdimatı keçirilib. APA-nın xəbərinə görə, kitab ABŞ-ın nüfuzlu akademik nəşriyyatlarından biri olan Pensilvaniya Universiteti Nəşriyyatı (UPENN Press) tərəfindən nəşr edilib.

Kitabda təbii sərvətlər və iqtisadi təhlükəsizlik arasındakı əlaqəyə diqqət yetirilməklə, neft və qaz ixrac edən ölkələrin üzləşdikləri problemlər və onların həlli mexanizmləri müzakirə olunur. Kitabın bölmələrində Azərbaycan, Bəhreyn, Kamboca, Şərqi Timor, İran, Norveç, Rusiya, Trinidad və Tobaqo, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela kimi ölkələrdəki məsələlər analiz edilir.

Qeyd edək ki, B. Şaffer Hayfa Universitetinin siyasi elmlər üzrə baş mühazirəçisi və ADA-nın mühazirəçi professoru, Taleh Ziyadov isə ADA-nın tədqiqatçısı və Kembric Universitetinin doktorantıdır. Kitab ADA-nın Kitab Mərkəzində satışda olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR