Mədət Quliyev: “Arif Hacılının müraciətinə baxılır”

Mədət Quliyev: “Arif Hacılının müraciətinə baxılır”
# 31 may 2012 08:03 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general-mayor Mədət Quliyev məlumat verib.

O, qeyd edib ki, A. Hacılı anasının dəfnində iştirakına icazə verilməsi xahişi ilə bu gün səhər xidmətə müraciət edib: “Hazırda onun müraciətinə baxılır, yaxın saatlarda müraciətə cavab veriləcək”.

Qeyd edək ki, A. Hacılının anası Zahidə Hacıyeva uzun sürən xəstəlikdən sonra ötən gün axşam saatlarında vəfat edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR