Əli Kərimli: “Mayın 7-də paytaxt meriyası qarşısında piket keçirməsinə razılıq verməsə, Bakıda razılaşdırılmamış aksiyalar keçirəcəyik”

Əli Kərimli: “Mayın 7-də paytaxt meriyası qarşısında piket keçirməsinə razılıq verməsə, Bakıda razılaşdırılmamış aksiyalar keçirəcəyik”
# 05 may 2012 09:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Bakı şəhər İcra Hakimiyyəti mayın 7-də İctimai Palatanın paytaxt meriyasının binası qarşısında piket keçirməsinə razılıq verməsə, paytaxtda razılaşdırılmamış aksiyalar keçirəcəyik”. APA-nın məlumatına görə, bunu İctimai Palatanın (İP) sessiyasında çıxışı zamanı qurumun Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli deyib.

Ə. Kərimli bildirib ki, İP mayın 7-də Bakı şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirməkdə israrlıdır: “İctimai Palata “Eurovision” musiqi yarışması zamanı da alternativ informasiya mərkəzi yaradaraq ölkədəki mövcud vəziyyət barəsində xarici mətbuat nümayəndələrini daim məlumatlandırmalıdır. Biz vəziyyət dəyişməyənə, siyasi məhbuslar azad olunmayana qədər mübarizəmizi dayandırmayacağıq”.

Ə. Kərimli qeyd edib ki, İctimai Palata “Eurovision” musiqi yarışması günlərində də ölkə ərazisində etiraz aksiyaları keçirməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR