Ekologiya və təbii sərvətlər naziri Azərbaycandakı torpaq sürüşmələrinin səbəblərini açıqlayıb

Ekologiya və təbii sərvətlər naziri Azərbaycandakı torpaq sürüşmələrinin səbəblərini açıqlayıb
# 16 aprel 2012 13:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il qış aylarında hava şəraitinin sərt keçməsi ilə əlaqədar Azərbaycanda yatmış sürüşmə zonaları oyanıb. “APA-Economics”in xəbərinə görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda sürüşmə zonalarını iki qismə bölmək olar: “Bunlar tarixi sürüşmə zonaları və insan fəaliyyətinin aktiv olduğu dövrlərdə yaranan yeni sürüşmə zonalarıdır. Hazırda sürüşmələr ikinci zonalarda, əsasən çayətrafı və dağətəyi bölgələrdə müşahidə olunur”.

Nazir qeyd edib ki, son illər Azərbaycanın bölgələrində mal-qaranın sayının artması da torpaq sürüşmələrinin sayının artmasına təsir göstərir: “Sovet dövründə 1 hektar sahəyə 2,5 ədəd heyvan düşürdü. İndi Mərkəzi Aran zonasında bu göstərici 47-dir. Nəticədə torpağın ot örtüyü seyrəlir ki, bu da sürüşmələrin aktivləşməsinə səbəb olur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR