Azərbaycan Gənclər Parlamentinə ərizə qəbulu başa çatıb

Azərbaycan Gənclər Parlamentinə ərizə qəbulu başa çatıb
# 31 may 2012 08:16 (UTC +04:00)
Bakı. Pərvanə Paşayeva - APA. Azərbaycan Gənclər Parlamentinə ərizə qəbulu sona çatıb. APA-nın məlumatına görə, ərizə qəbulu mayın 14-dən 28-dək aparılıb. Azərbaycan Gənclər Parlamentinə üzv olmaq üçün 1187 nəfər müraciət edib. Müraciət edənlərin 791-i kişi, 396-sı qadındır.

Qeyd edək ki, Gənclər Parlamenti 11 nəfərlik təşəbbüs qrupu tərəfindən irəli sürülmüş uzunmüddətli layihədir.

Layihənin əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq, gənclərin dövlətdə gedən proseslərdə iştirakını təmin etmək, fəal Avropa vətəndaşlığının təşviqi, tələbələri Avropa siyasəti ilə məşğul olmağa həvəsləndirmək, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, fikir və təcrübələrinin müxtəlifliyini təbliğ etmək, həmçinin Azərbaycan gənclərinin şəxsi bacarıqlarının inkişafına və fikirlərini sərbəst ifadə etmək üçün forumun təşkil edilməsinə yardım göstərməkdir.

Gənc parlamentarilər üçün seçim turunun ikinci mərhələsi haqda məlumat yaxın günlərdə təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR