Turizm İnstitutunda “Urmu gölü - dünən, bu gün, sabah” adlı foto-sərgi keçirilib
05 iyun 2012 13:19 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Azərbaycan Turizm İnstitutunda (ATİ) “Ümumdünya ətraf mühitin mühafizəsi günü” münasibətilə “Urmu gölü - dünən, bu gün, sabah” adlı foto-sərgi keçirilib. APA-nın məlumatına görə, tədbirdə ATİ-nin tələbələri, inzibati və akademik heyətin üzvləri iştirak ediblər. Foto-sərginin keçirilməsində məqsəd Urmu gölünün tədricən quruması səbəbindən baş verə biləcək çevrə fəlakəti və ekoloji problemlər haqqında iştirakçıları məlumatlandırmaq olub. Sərgidə müxtəlif fotoqraflar tərəfindən çəkilmiş 120-dən çox şəkil nümayiş olunub.
Urmu Gölü Mühafizə Təşkilatı tərəfindən dəstəklənən tədbir, həmçinin 8 ölkənin 14 şəhərində keçirilib.
Urmu Gölü Mühafizə Təşkilatı tərəfindən dəstəklənən tədbir, həmçinin 8 ölkənin 14 şəhərində keçirilib.
İncəsənət
"Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib - FOTO
23:25
18 may 2024
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub
17:42
18 may 2024
Mədəniyyət Nazirliyi və AMEA-nın rəhbərliyi "Azdrama"da "Əsrə bərabər gün" tamaşasına baxıb
12:26
18 may 2024
Gəncədə 2 nömrəli musiqi məktəbi özəlləşdirilib, bina boşaldılır
17:49
17 may 2024