Olland: Fransa 2012-ci ilin sonunadək Əfqanıstandan qoşunlarını çıxaracaq

Olland: Fransa 2012-ci ilin sonunadək Əfqanıstandan qoşunlarını çıxaracaq
# 10 iyun 2012 01:41 (UTC +04:00)
Bakı-APA. «Fransa Əfqanıstandan qoşunların çıxarılmasını sürətləndirəcək, bu proses 2012-ci ilin sonunadək başa çatmalıdır». Fransa prezidenti Fransua Olland belə bir bəyanatla çıxış edib.

«Qoşunların çıxarılması iyul ayında başlayacaq və bu ilin sonunadək başa çatacaq», deyə Olland bəyan edib.

Dünən Əfqanıstanın şərqində terrorçu-kamikadzelərin hücumu nəticəsində 4 fransız hərbçisi həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR