Siyəzəndə baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb

Siyəzəndə baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb
# 07 noyabr 2012 07:37 (UTC +04:00)
Siyəzən. Vəli Turan – APA. Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunun Siyəzən rayonunun Taxtakörpü kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun məlumatına görə, Siyəzən rayonunun Gənclik qəsəbə sakini, 51 yaşlı Raiz Atamoğlanov idarə etdiyi 53 BA 183 dövlət nömrə nişanlı “VAZ 21-06” markalı avtomaşın aşıb. Qəza nəticəsində sürücü Raiz Atamoğlanov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər 2 nəfər isə ağır xəsarətlərlə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onlardan biri sürücünün həyat yoldaşı 44 yaşlı Gövhər Atamoğlanova, digəri isə Şabran rayon Ağbaş kənd sakini 37 yaşlı Amil İdrisovdur.
Gövhər Atamoğlanovanın vəziyyətinin ağır olduğu bildirilir. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR