London-2012: Azərbaycanın postsovet məkanında çəkisi - ARAŞDIRMA

London-2012: Azərbaycanın postsovet məkanında çəkisi - <font color=red>ARAŞDIRMA </font>
# 24 iyul 2012 10:32 (UTC +04:00)
Apasport.az saytının araşdırmalarına əsasən, Londonda keçiriləcək möhtəşəm yarışın 10 min 500 nəfərlik iştirakçı heyətinin təxminən 1/8-i postsovet məkanın 15 təmsilçisinin payına düşür.

İttifaqdan ayrılan ölkələr otüstü hokkey istisna olmaqla, Olimpiada proqramında olan bütün idman növlərində çıxış edəcəklər. Atletika və güləş növlərində sabiq SSRİ təmsilçiləri böyük say üstünlüyünə malikdir. Bu idman növlərində müvafiq olaraq, 359 və 112 idmançı həmin ölkələrin payına düşür. Atletika ilə üzgüçülük növlərində isə 15 respublikanın hamısı iştirak edəcək.

MDB və Baltikyanı ölkələrin təmsilçilərinin idmançı sayına gəlincə, aşkar lider Rusiyadır – 443 nəfər. Yığma üzvlərinin sayı 3 rəqəmlə ifadə olunan Ukrayna (238), Belarus (172) və Qazaxıstan (115) sonrakı sıraları tuturlar. Böyük Britaniya paytaxtına 53 idmançı ilə yollanacaq Azərbaycan millisi isə bu 4 ölkə ilə yanaşı, Litva (62) və Özbəkistandan (54) geri qalaraq, keçmiş SSRİ-də 7-cidir. Bu siyahıda sonuncu yeri cəmi 10 olimpiyaçısı olan Türkmənistan tutur. Düşmən Ermənistan isə bu göstəricidə Azərbaycandan 2 dəfədən də çox geri qalır. Onlar cəmi 25 idmançı ilə Londona gedəcəklər.

Ən çox idmançısı olan Rusiya Olimpiya proqramına daxil olan 36 (müxtəlif mənbələrdə fərqli rəqəmlər göstərilsə də, yarışın rəsmi saytı məhz bu qədər idman növünü özündə əks etdirir) idman növündən 33-də təmsil olunur. Şimal qonşularımız yalnız otüstü hokkey, velosiped idmanı (BMX) və futbolda Olimpiadaya lisenziya qazana bilməyiblər. Ukrayna (27), Belarus (24) və Qazaxıstan (20) idman növlərinin yarıdan çoxunda təmsil olunub. Bu 4 ölkədən başqa, 16 müxtəlif növdə yarışacaq Litva da ölkəmizi qabaqlayır. Belə ki, Londonda 15 idman növündə medallara iddia edən Azərbaycan bu göstəricidə Özbəkistanla 6-7-ci yerləri bölüşdürür. Türkmənistan yığması isə cəmi 5 idman növündə təmsil olunmaqla yenə sonuncudur. Cəmi 9 idman növündə çıxış edəcək ermənilər isə cədvəlin ikinci yarısında qərarlaşıb. Onlar Azərbaycanın təmsil olunacağı idman növlərinin yalnız 60 faizində mübarizə aparacaqlar.

Sabiq SSRİ-nin 1340 nəfərlik ümumi heyətində 53 nəfərlə təmsil olunan Azərbaycanın postsovet məkanındakı çəkisi təxminən 4 faiz, daha dəqiqi 3,96 faizə bərabərdir. Bu isə müstəqil komanda kimi qatılmadığımız sonuncu - 12 respublikanın vahid, 3 Baltikyanı ölkəsinin müstəqil yığma kimi yollandığı Barselona-1992 ilə müqayisədə 4,7 dəfə çoxdur. 20 il öncə bu 15 respublikanı təmsil edən 593 idmançıdan yalnız 5-i, yəni 0,84 faizi Azərbaycanı təmsil edirdisə, hazırda sonuncu rəqəm 3,96-ya kimi yüksəlib.


RusiyaUkraynaBelarusQazaxıstanLitvaÖzbəkistanAzərbaycanLatviyaGürcüstanEstoniyaErmənistanMoldovaTacikistanQırğızıstanTürkmənistan
Kamandan oxatma3612    11 1   
Atletika1107850252013323412411222
Badminton621 1    1     
Basketbol24   12          
Çimərlik voleybolu6      4       
Boks107311268 1 114 2
Kanoe slalom4  1           
Kanoe sprint1721242232       
Velosiped idmanı (BMX)    1  4       
Velosiped idmanı (Dağ veloyürüşü)22             
Velosiped idmanı (veloşosse)6342221112 1   
Velosiped idmanı (velotrek)1055 1          
Suyatullanma792            
Qılıncoynatma15733 11  1     
Futbol  22            
İdman gimnastikası106222111  1    
Bədii gimnastika8881 11        
Həndbol15              
Otüstü hokkey               
Cüdo12102926827122221
Müasir beşnövçülük44423  2       
Akademik avarçəkmə521524 2  6     
Yelkən idmanı104233    5   1 
Atıcılıq2289 1111111111 
Üzgüçülük35148442221222122
Sinxron üzgüçülük92 2           
Stolüstü tennis543    1       
Taekvondo42 3 32   1 21 
Tennis10333 1  2      
Tramplin gimnastikası322  1  1      
Triatlon52             
Voleybol24              
Su polosu13  13           
Ağırlıqqaldırma10988 6613 62 13
Güləş16131115281321327244 
Atçılıq (ötüşmə, konkur, üçnövçülük)352   1        
Cəmi44323817211562 (63)5453463534 (35)2523161410
Təmsil olunduğu növlərin sayı3327242016151513111199785


Qeyd: Cədvəldə lisenziyaların deyil, ölkəni Olimpiadada təmsil edəcək idmançıların sayı göstərilib.

Ölkələrin təmsilçilərinin əks olunduğu Cəmi xanasında göstərilən mötərizələr Olimpiadanın rəsmi internet saytındakı anlaşmazlıqları göstərir. Belə ki, orada bəzi ölkələrin idmançı sayını göstərən rəqəmlə həmin idmançıların yer aldığı siyahıdakı say arasında fərq yaranıb. Təqdim etdiyimiz cədvəl və yazıda ikinciyə üstünlük versək də, mötərizədə birinci rəqəm göstərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR