Bakı Beynəlxalq Avtovağzalı fəaliyyətini tam bərpa edib

Bakı Beynəlxalq Avtovağzalı fəaliyyətini tam bərpa edib
# 04 fevral 2012 09:05 (UTC +04:00)
Avtovağzaldan “APA-Economics”ə verilən məlumata görə, hazırda ölkədaxili və beynəlxalq marşrutlar üzrə reyslər qrafik üzrə yerinə yetirilir: “Bakı avtovağzalından Rusiya, İran, Gürcüstan, Türkiyə, Naxçıvan istiqamətində reyslər normal qaydada yerinə yetirilir. Ölkədaxili reyslər üzrə də heç bir problem müşahidə olunmur. Lakin, avtobuslar arasında interval bir qədər artıb. Bu da sərnişinlərin az olması ilə bağlıdır. Məsələn, əgər həmişə avtobuslar yarım saatdan bir çıxırdısa, hazırda sərnişinlərin az olmasına görə, bir saatdan bir çıxır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR