Azərbaycan İKT sahəsində MDB-nin baza təşkilatlarının formalaşdırılması imkanlarına baxır

Azərbaycan İKT sahəsində MDB-nin baza təşkilatlarının formalaşdırılması imkanlarına baxır
# 11 aprel 2012 14:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə administrasiyası İKT sahəsində MDB-nin baza təşkilatlarının formalaşdırılması imkanlarına baxır. «APA-Economics»in məlumatına görə, bu barədə Regional Rabitə Birliyinin (RRB) məlumatında deyilir.

Məsələyə Qazaxıstanda keçirilən RRB-nin İnformasiyalaşdırma Komissiyasının 27-ci iclası çərçivəsində baxılıb.

İclas iştirakçıları RRB iştirakçı ölkələrində «elektron hökumət»in yaradılmasının gedişi, bununla əlaqədar həyata keçirilən idarələrarası elektron qarşılıqlı fəaliyyətin həyata keçirilməsi, eləcə də vətəndaşların elektron xidmətlərin əldə olunmasına çıxışının müxtəlif mexanizmləri ilə tanış olub.

Toplantıda qeyd olunub ki, RRB ölkələrinin beynəlxalq inteqrasiyasının vəzifələri müdafiə olunan elektron sənədlərin mübadiləsi üçün şəraitin təmin olunmasını tələb edir. Beləliklə, transsərhəd informasiya mübadiləsində elektron sənədlərin hüquqi əhəmiyyətinin tanınması RRB iştirakçısı olan dövlətlərin əməkdaşlığının səmərəliliyini artırmağa imkan verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR