Xaçmazda iki maşın və at arabası toqquşub, xəsarət alanlar var

Xaçmazda iki maşın və at arabası toqquşub, xəsarət alanlar var
# 24 avqust 2012 06:53 (UTC +04:00)
APA-nın şimal bürosunun məlumatına görə, qəza Xaçmaz-Niyazabad kəndi yolunda qeydə alınıb.

BMW markalı avtomaşın “VAZ 2106” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Zərbənin təsirindən “VAZ 2106” at arabasına dəyib.

Nəticədə “VAZ 2106”-da olan Quba rayonu, Hacıhüseynli kənd sakini, 1969-cu il təvəllüdlü Həşimov Əbülfət Rafiq oğlu və at arabasında olan Xaçmaz rayonu, Ağçay kənd sakini, 1990-cı il təvəllüdlü Bağırov Rəşad Nemət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR