“Eurovision” müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri müsabiqənin uğurundan danışıb

“Eurovision” müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri müsabiqənin uğurundan danışıb
# 13 fevral 2012 15:20 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision” müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri (Event supervisor) Sietse Bekker 57 ildir ki, milyonlarla izləyicinin marağına səbəb olan “Eurovision” mahnı müsabiqəsinin uğurunun səbəbi barədə danışıb. APA-nın eurovision.az saytına istinadən yaydığı xəbərə görə, Sietse Bekker uğurun başlıca sirrini layihənin kreativliyi ilə əlaqələndirib: “”Eurovision” mahnı müsabiqəsinin uğurunu bir insanın adı ilə bağlaya bilmərik. Müsabiqənin təşkilati məsələlərinə bütün yaradıcı insanlar cəlb olunur. Layihənin uğurunun səbəbi kreativlik və çoxşaxəli yaradıcılıqla bağlıdır. Əgər qeyd etdiyim kriteriyalar yoxdursa, deməli, artıq şou bitməlidir və davam etməyin mənası yoxdur”. Sietse Bekker musiqinin tərzindən, dilindən asılı olmayaraq milyonlarla insanı birləşdirdiyini diqqətə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR