Azərbaycanda ötən il 9 uşaq xarici vətəndaşlara övladlığa verilib

Azərbaycanda ötən il 9 uşaq xarici vətəndaşlara övladlığa verilib
# 16 fevral 2012 11:53 (UTC +04:00)
Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Mövsümova bildirib.

Onun sözlərinə görə, qeyd edilən 9 uşaq 8 ailə tərəfindən övladlığa götürülüb. Onlardan 4-ü Rusiya vətəndaşı olan azərbaycanlıların ailəsidir. Bu ailələrdən biri 2 uşağı övladlığa götürüb.

Uşaqlardan birini övladlığa götürən şəxs əslən Təbrizdən olan Fransa vətəndaşıdır.

Azərbaycandan uşaq övladlığa götürən digər iki ailənin üzvləri isə ABŞ vətəndaşlarıdır. Onlar Azərbaycanda valideynlərinin imtina etdiyi fiziki qüsurlu iki uşağı övladlığa götürüblər.

Bundan başqa, azərbaycanlı qadının uşağını onunla ailə quran Türkiyə vətəndaşı övladlığa qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR