Xaçmazda təmir işləri aparan usta ölüb

Xaçmazda təmir işləri aparan usta ölüb
# 07 fevral 2012 14:07 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Xaçmazda bədbəxt hadisə baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 6-da Xaçmaz rayon sakini Sahib Vəlixanov həmyerlisi Elman Ramazanovun həyətində təmir işləri apararkən yıxılaraq əlindəki mişardan xəsarət alıb.

Xəstəxanaya yerləşdirilmiş usta orada ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR