Azərbaycan hərbçiləri gələn həftə NATO-nun Makedoniyada keçiriləcək təliminə qatılacaq

Azərbaycan hərbçiləri gələn həftə NATO-nun Makedoniyada keçiriləcək  təliminə qatılacaq
# 18 may 2012 09:57 (UTC +04:00)
Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Mayın 29-dək davam edəcək təlim Sülh Naminə Tərəfdaşlıq (PfP) proqramı çərçivəsində keçirilir. NATO və tərəfdaş ölkələr arasında qüvvələrin qarşılıqlı təkmilləşdirilməsi məqsədi daşıyır.

APA-nın NATO-nun Birləşmiş Əməliyyatlar Komandanlığının (ACO) saytına istinadən verdiyi məlumata görə, bu ilki təlimə 13 ölkədən 1000 hərbçi qatılacaq. Təlim iştirakçıları arasında postsovet ölkələrindən Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova və Ukrayna da var.

«Cooperative Longbow» təlimi bir briqada səviyyəsində əməliyyatların qərargahda hazırlanmasını, «Cooperative Lancer» isə böhran qarşısının alınması, münaqişənin həlli və münaqişədən sonrakı sülh quruculuğu dəstəyini əhatə edən taktik təlimi əhatə edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR